“Xəzər-Lənkəran” – “Simurq” görüşü canlı yayımda!
23.10.2009 - 14:58
Azərbaycan Unibank Premyer Liqasının VIII turunun 3 oyunu canlı yayımlanacaq. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, sabah saat 18:00-da başlayacaq turun mərkəzi oyunu “Xəzər-Lənkəran” – “Simurq” görüşünü Az.TV yayımlayacaq.
Həmin kanal birigün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakı” – “Neftçi” oyununu saat 16:10-dan etibarən birbaşa efirə verəcək. Bazar günü Yevlaxda yerli “Karvan” klubunun “Qarabağ”la saat 14:50-da başlayacaq görüşü isə “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.

0
0