“Standard” klubu Valdas İvanauskasla müqaviləni rəsmən pozdu
23.10.2009 - 15:19
Sumqayıtın “Standard” klubunun yeni baş məşqçisinin Böyükağa Hacıyev olması həllini tapıb. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 51 yaşlı çalışdırıcı ilə rəsmi müqavilə gələn həftənin ilk günündə imzalanacaq.
Həmin vaxt rəsmi təqdimetmə mərasiminin keçiriləcəyi gözlənilir. Hacıyevlə görüşən klub rəhbərliyi ilkin razılıq əldə edib və şərtlər bir daha danışıldıqdan sonra anlaşma rəsmiləşəcək. Onun təyinatının gələn həftəyə qalması “Standard”ı Unibank Premyer Liqasının VIII turu çərçivəsində “İnter”lə iki gün sonra “Şəfa” stadionunda keçiriləcək görüşə çıxarmayacağı deməkdir.
Rəhbərlik bu vəzifəni komandanın məşqçisi, “İnter” və “Neftçi”də çalışmış 38 yaşlı Elbrus Məmmədova tapşırıb. Hacıyevin yeni komandasında debütü isə Unibank Premyer Liqasının IX turu çərçivəsində noyabrın 1-də “Olimpik-Şüvəlan”la görüşdə baş tutacaq. Bununla da həmin mütəxəssis siftəni ona yaxşı tanış olan həmkarı – Əsgər Abdullayevlə dueldə edəcək. Məsələ ondadır ki, Hacıyev 2005/06 mövsümündə “Bakı”da baş məşqçi postuna məhz Abdullayevi əvəzləmişdi.
Daha maraqlı fakt ondan ibarətdir ki, Hacıyevi “Bakı”dan məhz “Standard” yola salmışdı. Bu, 2007-ci ilin sentyabrın 1-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda 1:1 hesabı ilə nəticələnən görüşdə baş verib. Hacıyevi postunda həmin oyunu tribunadan izləyən makedoniyalı Qyoko Hacıyevski əvəzləmişdi.
“Standard” bu ilin iyulunda baş məşqçi postuna gətirdiyi litvalı Valdas İvanauskasla müqavilə qarşılıqlı razılıqla pozulub. Onun özü ilə gətirdiyi köməkçiləri - həmyerlisi Oleq Pankratyev və gürcü Vaxtanq Temizaşvilinin yola salınması nəzərdə tutulub. İvanauskasa klubda başqa vəzifənin təklif olunduğu, onun isə bunu qəbul etmədiyi deyilsə də, mətbuat xidmətindən bunu təkzib etdilər.
Qeyd edək ki, cari mövsümdə uğursuz çıxış edən “Standard” 8 oyundan sonra turnir cədvəlində axırıncı yerdə gedir və hesabında cəmi 2 xal var.

0
0