Yığmamızın futbolçusu: Berti Foqtsdan yaxşı məşqçi tapmayacağıq ki...
24.10.2009 - 00:02
Yığmamızın futbolçusu: Berti Foqtsdan yaxşı məşqçi tapmayacağıq ki...
“Fikrimcə, Berti Foqts milli komandada fəaliyyətini davam etdirməlidir. Ondan yaxşısını tapmayacağıq ki... Məşqlərə məsuliyyətlə yanaşır”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov deyib.

Bakının “İnter” klubunun şərəfini qoruyan müdafiəçi bildirib ki, Foqtsa görə müxtəlif ölkələrdə Azərbaycan yığmasını tanıyır və hörmətlə yanaşlar: “Biz Almaniyada qaldığımız vaxt azarkeşlər əllərində şəkillər avtoqraf istəyirdilər. Dubayda toplanışda olarkən də bu hadisə yaşandı. Avropa və dünya çempionu olmuş məşqçi ilə işləmək hər bir futbolçuya nəsib olmur. Məncə, o fəaliyyətini davam etdirməlidir”.