Diniyevin komandası uduzdu
24.10.2009 - 10:23
Diniyevin komandası uduzdu
Rusiya Premyer Liqası klublarının gənclərdən ibarət heyətləri arasında ölkə çempionatında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin mövsümün əvvəlindən çalışdırdığı “Terek” XXVI turda “Krılya Sovetov”un qonağı olub.

Həmyerlimizin bir müddət əvvəl əsas komandaya baş məşqçi təyin olunduğundan əvəzedicilər onsuz mübarizə aparmalı olub. Üstəlik, Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılan Kərim Diniyevin də “Terek”ə kömək edə bilməyib. Ata və oğul Diniyevlərin yoxluğunda Qroznı təmsilçisi 0:2 hesabı ilə məğlub olub. Meydan sahibləri hər iki qolu ikinci hissənin ilk 5 dəqiqəsində vurub.

Qeyd edək ki, baş məşqçinin yoxluğunda əvəzediciləri meydana onun köməkçiləri – “Neftçi”nin sabiq futbolçusu Anzor İsmayılov və daha bir həmyerlimiz Nazim Əliyev çıxarıb.