“Üzləşdiyim vəziyyət istənilən məşqçinin başına gələ bilər” - MÜSAHİBƏ
24.10.2009 - 10:36
Sumqayıtın “Standard” klubunun sabiq baş məşqçisi Valdas İvanauskasın müsahibəsi
- Artıq "Standard"ın baş məşqçisi deyilsiniz...
- Elədir. Klub rəhbərliyi ilə danışıqlardan sonra müqavilənin ikitərəfli qaydada pozulması qərarına gəldik. Fikrimcə, komandaya yeni nəfəs lazımdır. Bütün bunlara baxmayaraq, klub prezidenti ilə normal münasibətlərimiz qalmaqdadır.
- Bunu öncə siz özünüz istədiniz, yoxsa rəhbərlik?
- Dediyim kimi, prezidentlə ətraflı söhbətimiz oldu. Sonda qarşılıqlı razılıq əsasında komandanı tərk etməyimin vaxtı çatdığı qərarına gəldik.
- Azərbaycana gəlməmişdən ölkənizin 21 yaşlılardan ibarət yığmasına rəhbərlik edirdiniz. Lakin "Standard"a görə həmin işinizdən imtina etməyə qərar verdiniz. İndi də belə oldu. Peşman deyilsiniz ki?
- Düz buyurursunuz, özüm bilərəkdən olimpiya millimizdən imtina etdim. Məqsədim bütün fikrimi "Standard"a yönəldərək, uğurlu çıxış etmək idi. Lakin alınmadı. Mən və hər iki köməkçim peşəkarlarıq. Fikrimcə, yaxın vaxtlarda yeni iş taparaq, yenidən özümüzü göstərə biləcəyik.
- Bildiyimizə görə, klub prezidenti sizə klubda başqa vəzifədə çalışmağı təklif edib...
- Bəli, belə şey olmuşdu. Ancaq düşünmək üçün müəyyən vaxt istədim. Yekun qərarım isə "yox" oldu. Ola bilsin, yenə nəvaxtsa görüşdük.
- Təklif olsa, Azərbaycanda qalıb işləyərsiniz?
- Bu haqda danışmaq istəmirəm. Çünki bütün fikrimi Avropada çalışmağa yönəltmişəm. Qızım Almaniyadadır. Yəqin ora yaxın yerlərin birində işləyərəm. Qeyd edim ki, hazırda futbolunuz yüksək sürətlə inkişaf etməkdədir. Və bunun üçün klublara müəyyən məbləğdə maliyyə yatırılır. Nə vaxtsa belə təklif olsa, fikirləşməyə dəyər.
- Hazırda sizinlə əməkdaşlıq etməkdə maraqlı olanlar varmı?
- Bu haqda danışmaq tezdir. Çünki "Standard"dan ayrılmağım bu gün təsdiqini tapdı. Menecerlərim də durumdan xəbərsizdir.
- Ola bilərmi ki, sabiq klubunuzdakı bir neçə futbolçu sizin çalışmağınızın əleyhinə imiş və buna görə məğlubiyyətlər sıralanırmış?
- Bu qədər dərinə getmək lazım deyil. Kollektivdə çox güclü və səviyyəli futbolçular toplaşıb. Məğlubiyyətləri kiminsə üstünə yıxmaq lazım deyil. Bu hal istənilən məşqçinin başına gələ bilər və bunu normal qarşılayıram.
- Vaxtilə Şotlandiyada "Harts"la gümüş qazanmış və kuboka sahib olmuş məşqçiyə "Standard"la eyni uğuru təkrarlamağa nə mane oldu?
- Heç kim işimə müdaxilə etmirdi. Gördüyüm işə də birbaşa özüm cavabdeh idim. Fikrimcə, yetirmələrimin göstərdiyi oyun Azərbaycan səviyyəsinə görə yaxşı idi. Sadəcə, vaxt bizə qənim kəsildi.
- Nə vaxtsa tanınmış Avropa klublarında çalışsaz, azərbaycanlı futbolçuları komandanıza dəvət etməyiniz mümkündür?
- Bilirəm nəyi nəzərdə tutursunuz. Azərbaycanda nəinki yığmada, hətta bir neçə klubda çıxış edən səviyyəli yerli futbolçu var ki, onlarla böyük məmnuniyyətlə bir yerdə çalışmaq istərdim. Bunun üçün isə öncə özümə yeni iş yeri tapmalıyam. Ona görə də hələ tələsməyək.
Mənbə: “Futbol+” qəzeti

0
0