Azərbaycanlı hakimlər ermənilərin 0:19 hesablı məğlubiyyətinə şahid oldular
26.10.2009 - 09:59
17 yaşadək qızlardan ibarət futbol üzrə milli komandalar arasında Avropa çempionatının I seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Serbiyada təşkil olunan X qrupun matçlarında Azərbaycan təmsilçiləri də yer alıb. Qarşılaşmaları idarə etmək üçün Balkan yarımadasına yollanan FİFA hakimi Venara Muradova-Kahriç və laysman Mayya Nəbiyeva turnirdə ilk oyuna çıxıblar.
Həmyerlilərimiz Rusiya - Ermənistan görüşündə ədalət prinsiplərini qoruyublar. Erməni futbolçular oyunun gedişində baş hakim Muradovanı əməlli-başlı əziyyətə salıblar. Onların qapıçıları Lusiana Qriqoryan və Anna Sarkisyan o qədər qol buraxıblar ki, azərbaycanlı hakimin işi ancaq qolları yazmaq olub - 19:0. Özü də 17 yaşlılar mübbarizə apardığından matç cəmi 80 dəqiqə sürüb. Ruslar ilk 40 dəqiqədə 9, fasilədən sonra isə 10 top vurublar. Maraqlıdır ki, onların 9 oyunçusu fərqlənə bilib. Ermənilər isə 69-cu dəqiqədə hesab 15:0 olarkən, qapıçını dəyişsələr də, “qol yağışı”ndan qurtula bilməyiblər.
Qeyd edək ki, hakimlərimiz Ermənistan yığmasının qrupdakı daha iki oyununa da təyinat alıb.

0
0