Ağasəlim Mircavadov: ...Çünki tələbat belədir
03.11.2009 - 17:07
“Muğan”la sabahkı kubok görüşünə fərqli şəkildə hazırlaşmırıq. Yəni, məşq prosesini çempionat oyununda olduğu kimi qurmuşuq. Onsuz da təqvim əvvəldən məlum idi. Bilirdik ki, kubokda mübarizəyə kiminlə başlayacağıq, ilk oyunu harada keçirəcəyik”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Azərbaycan kubokunu ardıcıl iki dəfə (2007-ci və 2008-ci illərdə) qazanmış Lənkəran təmsilçisi bu uğura elə Mircavadovun rəhbərliyi altında nail olub. Unibank Premyer Liqasının son turunda Ağdamda “Qarabağ”la vacib qarşılaşmada uduzan (0:1) 62 yaşlı mütəxəssis bildirib ki, bu nəticə ölkə kubokunun 1/8 final mərhələsi ərəfəsində komandada ruh düşkünlüyü yaratmayıb: “Futbolda məğlub olmaq da, qalib gəlmək də mümkündür. Bizi qarşıda kubok sınağı gözləyir. Özü də “Muğan”la hər iki oyuna ciddi hazırlaşıb, münasib nəticə qazanmaq lazımdır. Çünki kubokun tələbi belədir. Axı bu turnirdə bir oyun heç nəyi həll etmir. Cütün taleyinə istənilən halda, cavab görüşündə aydınlıq gələcək. Deməli, ilk oyundakı nəticədən asılı olmayaraq, bir həftə sonra Salyanda keçiriləcək cavab görüşünə də böyük önəm verməliyik. Bütün komanda üzvləri, futbolçularımız bunu yaxşı başa düşürlər”.
“Xəzər-Lənkəran” ötən il kubokda mübarizədən kənarlaşdırdığı Salyan təmsilçisini cari mövsümdə də üstələyib. Unibank Premyer Liqasında bir müddət lider olmuş “Muğan” ilk məğlubiyyətinə Lənkəranda düçar olub. Həmin oyunda ilk qolu da görən Kemal Alispahiçin komandası artıq 5 turdur qələbə üzünə həsrətdir (bunların 4-də məğlubiyyət). Ancaq Mircavadov rəqibin “qara zolağ”a düşməsini özləri üçün psixoloji üstünlük saymır: “Muğan”ı udmuşuq, son vaxtlar uğursuz çıxış edir deyə hesabdan silmək olmaz. Əlbəttə, bu komandadan sürpriz gözləməyə dəyir. Məncə, gərgin, maraqlı mübarizə şəraitində keçən bu çempionatda hər iştirakçısından sürpriz gözləmək lazımdır. Hər klubun öz strategiyası var, hərəsi çıxış etdiyi turnirdə öz məqsədini güdür. Sözsüz ki, çempionat ilə kubok arasında fərq böyükdür. Bu da ilk növbədə kubokda qalibin bir yox, iki oyunda müəyyənləşməsindən ibarətdir. Aydın məsələdir ki, burada evdə oynayan komanda səfərdəki cavab görüşü öncəsi üstünlük qazanmaq üçün daha çox top vurmağa, qapısının toxunulmazlığını qorumağa çalışır. Qonaq komanda isə öz məqsədinə çatmağa, rəqib meydanında yol tapmağa səy göstərir. Əslində, “Muğan” elə Lənkəranda böyük qüvvə ilə müdafiə olundu, qol vurmaq şansımız az oldu”.
“Xəzər-Lənkəran”ın təcrübəli çalışdırıcısı həftəsonu Unibank Premyer Liqasında “Neftçi”yə qarşı evdə keçiriləcək prinsipial matça da toxunub. Mircavadovun kubok oyununda əsas futbolçularını derbi üçün qoruyub-qorumayacağı maraq doğurur: “Bilirsiniz, komandamızda 23 nəfərin hamısı əsas futbolçudur. Biz onları əsas və əvəzləyici futbolçulara bölmürük. Sərəncamımda olanların hamısına oyun praktikası lazımdır. Buna görə də hamısından istifadə etmək fikrindəyik. Heyətimizdə itki olmasa da, kiçik zədəlilər var. Bolqar müdafiəçimiz Kostadin Cambazov hələ də vətənindədir. Onun ailə, daha dəqiq desək, uşağının problemi var. Buna görə də icazə alaraq gedib və qayıdışını gözləyirik”.

0
0