Milli komandamızın futbolçusu: Ötən günlərimi qaytaraydılar...
04.11.2009 - 00:01
Zaqatalanın “Simurq” klubunun iki futbolçusu - Sergey Sokolov və Daniel Axtyamov üçün Azərbaycan kubokunda yeni mövsümün startı əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, milliləşdirilən rusiyalı futbolçular karyeralarında böyük önəm kəsb edən “Gəncə” klubu ilə görüşün iştirakçısı olacaqlar. Milli komandamızın da şərəfini qoruyan bu oyunçuların ən yaxşı günlərini Gəncənin eyniadlı təmsilçisində keçirdiklərini desək, yanılmarıq. Özü də onlar yığmamızın da baş məşqçisi işləmiş Şahin Diniyevin rəhbərliyi altında çıxış ediblər.
“Gəncə” ümumiyyətlə, Sergeyin Azərbaycan karyerasında ilk klub olub. 32 yaşlı rus müdafiəçi Diniyevin dəvəti əsasında 2004-cü ilin yayında ölkəmizə təşrif buyurub. 24 yaşlı Axtyamovun da gəlişi həmin vaxta təsadüf etsə də, o, öncə Bakının “İnter” klubunda oynayıb. 2005/06 mövsümündə isə hücumçu “Gəncə”yə icarəyə verilib və yarım il Sokolovun komanda yoldaşı olub. 2005-ci ilin sonunda Diniyevin milli komandamızın baş məşqçisi təyin edilməsi, üstəlik, komandadakı gərginlik, maliyyə problemləri onun “Gəncə”dən gedişini şərtləndirdi. Elə Sokolov və Axtyamov da 2005/06 mövsümünün qış fasiləsində iş yerlərini dəyişdilər. Hər halda, Danieldən fərqli, Sergey başqa klubda uğur qazana bildi. Belə ki, müdafiəçi ölkəmizdə yeganə titulunu “Gəncə”dən ayrıldığı mövsümdə - 2006-cı ildə “Qarabağ”ın heyətində Azərbaycan kubokuna sahib çıxmaqla qazanıb.
Qeyd edək ki, Sokolov milli komandamızın 2006-cı ilin oktyabrında Belçika yığması ilə səfərdə keçirdiyi rəsmi oyunda dopinqdə ilişdiyindən, UEFA tərəfindən 18 aylıq cəzaya məruz qalmışdı. O, diskvalifikasiya müddəti başa çatdıqdan sonra, ötən ilin yayında “Simirq”la anlaşıb. Daniel isə cari mövsümdə ölkəmizə qayıdaraq, Zaqatala təmsilçisinə keçib.

0
0