Bülənt Korkmaz “Real”ın vəziyyətinə düşmək istəmir
03.11.2009 - 22:40
“Komandanın mən istəyən səviyyəyə çatması üçün hələ vaxt lazımdır. Hazırda, heyətdə olan futbolçuların hər biri yüksək tempdə çalışır. Onların əzmkarlığı, məşqlərdə can yandırmaları məni qane edir. Birinci dövrənin sonunda komandanın həm taktiki həm də texniki cəhətdən qənaətbəxş səviyyəyə qalxacağını zənn edirəm. Bir sözlə görüləcək işlərimiz hələ çoxdur”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.
Klubun rəsmi internet səhifəsinə açıqlama verən türk çalışdırıcı bildirib ki, başçılıq etdiyi kollektivin məqsədi həm ölkə kubokunda həm də Premyer Liqada sona qədər mübarizə aparmaqdır: “Sabah Azərbaycan kuboku çərçivəsində keçiriləcək "Bakı"-“Bakılı” oyunu ilə bağlı çox danışmaq istəmirəm. “Bakılı” Azərbaycan birinci divizion klublarından biridir. Komanda turnirdə ön pillələrdən birini tutur. Biz bu komandanı zəif rəqib kimi qəbul edə bilməzdik. Son məşqdə futbolçularıma da bunu söyləmişəm. Baxın, “Real” Madrid bu yaxınlarda İspaniya kuboku uğrunda görüşdə üçüncü liqada mübarizə aparan bir kluba böyük hesabla məğlub oldu. Bu o deməkdir ki, favorit sayılan klublar hər zaman zəif rəqiblə oyuna bir qədər arxayın çıxır. Bəzən arxayınçılıq komandalara baha başa gəlir. “Bakılı” ilə “iki oyunluq” mübarizədə cəzalanmaq planlarımıza daxil deyil”.

0
0