“Bakı” daha bir futbolçunu yola saldı
04.11.2009 - 09:51
“Bakı” rəhbərliyi daha bir legionerlə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu Fernando Peres son ölkə çempionunun sıralarını tərk edib. Bülənt Korkmazın “Bakı”nın baş məşqçi postuna gəlişindən sonra əsas heyətdə yerini itirən Peres onun rəhbərliyi altında bir oyunda belə, meydana çıxmayıb. Ancaq 41 yaşlı türkiyəli mütəxəssis braziliyalı müdafiəçi Barboza və rumın hücumçu Daniel Opritsadan fərqli, Fernandonun komandadan çıxarılmasını rəhbərlik qarşısında qaldırmayıb. Argentinalı özü “Bakı”dan getmək istədiyini bildirərək, müqaviləni qarşılıqlı razılıqla pozulmasını təklif edib. Bununla da, klubun onun qarşısında heç bir öhdəçiliyi qalmayıb. Vətəninə qayıtmağa qərar verən Peres bir müddət orada dincəlmək, ab-havanı dəyişmək istəyir. Ancaq klub rəhbərliyi Fernandonun gələn yay yenidən qayıdacağını istisna etmir. Hər halda, hücumçu bir dəfə “Bakı”nın sıralarını tərk etsə də, çox keçməmiş geri döndü.
Qeyd edək ki, ölkəmizdə uzun müddətdir oynayan Peres “Bakı” yaranan vaxtdan, 2004-cü ilin yayından bəri bu klubun şərəfini qoruyur. Argentinalı “zolaqlılar”n bütün titullarında (iki çempionluq, bir ölkə kuboku) və mükafatında (bürünc medal) pay sahibi olub.
Qeyd edək ki, ölkəmizdə uzun müddətdir oynayan Peres “Bakı” yaranan vaxtdan, 2004-cü ilin yayından bəri bu klubun şərəfini qoruyur. Argentinalı “zolaqlılar”n bütün titullarında (iki çempionluq, bir ölkə kuboku) və mükafatında (bürünc medal) pay sahibi olub.
- Messinin ağ butsları: Qalan hamıda çəhrayı rəngdə - FOTO
- Niko Uilyamsdan sədaqət mesajı: "Karyeramın sonuna qədər..."
- Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”
- Rodrinin gələcəyi sual altında - “Mançester Siti” ilə razılıq yoxdur
- Devid parıldadı: Messidən sonra ikinci het-trik
0
0