Rekordçu “Bakı”nı necə tərk edib?
04.11.2009 - 10:42
Rekordçu “Bakı”nı necə tərk edib?
Son Azərbaycan çempionu “Bakı” klubu rekordçusuz qalıb. Apasport.az saytının hesablamalarına görə, komandadan ayrılan argentinalı Fernando Peres paytaxt təmsilçisinin tarixində ən çox qol vuran legionerdir. 29 yaşlı hücumçu “Bakı”da çıxış etdiyi 5 ildə ölkə çempionatında ümumilikdə, 40 dəfə rəqib qapısına yol tapıb. Dubl, het-trik, hətta poker müəllifi də olan Peres uzun illər bir yerdə oynadığı Leandro Qomeşin də rekordunu yeniləyib. Belə ki, milli komandamızın da şərəfini qoruyan 33 yaşlı braziliyalı “Bakı”da ümumilikdə 38 qola imza atmışdı. Ancaq Fernando təkcə çempionatda bundan çox qol vurmağı bacarıb. O, “Bakı”da oyun sayına görə də rekordçu legionerdir. Ölkə çempionatda 99 dəfə forma geyinmiş Peres yubileyini yeni baş məşqçi Bülənt Korkmazın rəhbərliyi altında qeyd edə bilərdi. Ancaq hücumçu türkiyəli mütəxəssisin dövründə 4 görüşdə ehtiyatda qaldı. Sonda müqaviləni pozmağa qərar verən Fernando vətəninə “Bakı”nın heyətində 100-cü çempionat oyununu keçirməmiş qayıtmalı oldu. İndiyədək “zolaqlılar”a 117 görüşdə kömək etmiş Peres bu göstərici baxımından yalnız kapitan Rafael Əmirbəyovdan geri qalır. 33 yaşlı müdafiəçi 126 meydana çıxmaqla rekordçudur.

Qeyd edək ki, Peres artıq ikinci dəfədir, “Bakı”nın ölkə çempionu olmasından sonra komandadan ayrılır. İlk çempionluq zamanı, yəni 2006-cı ilin yayında komandanı tərk edən futbolçu bir müddət Macarıstanda oynayıb və yarım ildən sonra geri qayıdıb. Fernando məhz bu səbəbdən 2007-ci ilin qışında “Birlik kuboku” yarışında “Bakı”da çıxış etməyib. Hücumçu “zolaqlılar”ın heyətində çıxış etdiyi dövrdə iki çempionluq, bir ölkə kubok və bir bürünc medal qazanıb.

Fernando Peresin “Bakı”da göstəriciləri

Turnir

Mövsüm

Oyun

Qol

Vərəqə (qırmızı)

Çempionat

2004/05

26

13

4

 

2005/06

18

6

1

 

2006/07

9

6

1

 

2007/08

24

8

13 (2)

 

2008/09

21

7

7

 

2009/10

1

-

-

 

Cəmi

99

40

26 (2)

Ölkə kuboku

2004/05

5

1

-

 

2005/06

2

1

-

 

2006/07

2

1

-

 

2007/08

1

2

-

 

2008/09

3

1

-

 

Cəmi

13

6

 

Avrokubok

2009/10

5

1

-

Yekun

 

117

47

26 (2)