Azərbaycan kubokunda darmadağınlar günü
04.11.2009 - 20:29
Azərbaycan kubokunda darmadağınlar günü
Bu gün Azərbaycan kuboku uğrunda yarışın 1/8 final mərhələsi çərçivəsində ilk görüşlər keçiriləcək.

Ölkəmizin 4 müxtəlif bölgəsində - Bakı, Sumqayıt, Lənkəran və Zaqatalada 8 matç oynanılacaq.

Apasport.az saytı saat 14:00-dan etibarən oyunların nəticələrini onlayn təqdim edəcək.

Sadiq oxucularımız kubok qarşılaşmalarında vurulacaq qolların müəllifləri, baş verəcək maraqlı hadisələr, eləcə də oyunsonrası baş məşqçilərin fikirləri ilə saytımız vasitəsilə tanış ola bilərlər.



Azərbaycan kuboku, 1/8 final mərhələsi
İlk oyunlar
4 noyabr

14:00. "Olimpik-Şüvəlan" - "Qəbələ" - 2:0

Qollar: Anatoli Doroş, 73, 74
Baş hakim: Azad Mütəllimov
Bakı. “Şəfa” stadionunda

14:00. "Qarabağ" - "Şahdağ" - 4:0
Qollar: Aftandil Hacıyev, 65; Elvin Məmmədov, 71; Vaqif Cavadov, 81 (pen.); Emin İmaməliyev, 90
Baş hakim: Rauf Cabbarov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

14:00. "Standard" - "Turan" - 3:1
Qollar: Fərid Quliyev, 32; 54; Quqo Maçado, 89 - Anton Kovalevski, 37
Baş hakim: Rövşən Əhmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

14:00. "Neftçi" - "Neftçi İSM" - 5:0
Qollar: Samir Əliyev, 39; 63; Valter Quqlemon, 40; Aluita, 61; Amit Quluzadə, 77
Baş hakim: Zöhrab Əliyev
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

15:00. "Bakı" - "Bakılı" - 6:0
Qollar: Feliks Felipe Almeyda, 17; 21; Əhməd Ticani, 34; Amiran Muciri, 55; Nicat Abdullayev, 75, Orxan Bəşirli, 82
Baş hakim: Hacıəli Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

17:00. "Xəzər-Lənkəran" - "Muğan" - 3:1
Baş hakim: Elnur Muradov
Lənkəran. Şəhər mərkəzi stadionu

18:00. "Simurq" - "Gəncə" - 2:0
Baş hakim: Elvin Əsgərov
Zaqatala. “Simurq” stadionu

18:30. "İnter" - "Karvan" - 4:0
Baş hakim: Anar Salmanov
Bakı. “Şəfa” stadionu