“Neftçi”nin sabiq futbolçusu geri qayıdır
04.11.2009 - 15:11
Bir neçə gün əvvəl 11 futbolçusunu heyətdən kənarlaşdıran Bolqarıstanın MOİK klubu həmin oyunçuları geri qaytarmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, Bakı “Neftçi”sinin sabiq yarımmüdafiəçisi Svetoslav Stefanovun da yer aldığı “11-liy”in gecə klubundakı əyyaşlığı bağışlanılıb.
MOİK-in prezidenti Dimitar Borisov Avropa Liqasının sabah səfərdə keçiriləcək “Bazel”lə oyunu ərəfəsində spirtli içkilər qəbul edib, əylənən futbolçuları bağışlamasını belə izah edib: “Onların komandadan qovulması baş məşqçimiz Lüboslav Penevin qərarı idi. Mən dünən gecə saat 11-dək cəzalanan uşaqlarla söhbət etdim. Biz çox danışıb qərara gəldik ki, onlar sabahdan geri dönsünlər”.
Sofiya MOİK-ində baş verənləri - futbolçuların cəzalandırılmasını, ardınca əfv olunmasını izləyən bolqar mətbuatı bunu sirk adlandırıb.
Xatırladaq ki, Stefanov “Neftçi”də olduğu müddətdə Azərbaycan çempionatının gümüş və bürünc medalını, həmçinin “Birlik kuboku”nu qazanıb.

0
0