Üç seriya birdən-birə qırıldı
04.11.2009 - 18:22
Azərbaycan kubokunun 1/8 final mərhələsinin Sumqayıtda keçirilən “Standard” - “Turan” qarşılaşması (3:1) birdən-birə 3 seriyanın qırılması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, həm “Standard”, həm Böyükağa Hacıyev, həm də sumqayıtlı azarkeşlərin qələbə həsrətinə son qoyulub.
Mövsümlərarasi fasilədə Bakıdan Sumqayıta köçən bank təmsilçisi “gənclik şəhəri”ndə məskunlaşdığı vaxtda ilk qələbəyə nail olub. Bu klub sonuncu dəfə paytaxt təmsilçisi kimi meydana çıxdığı son görüşdə sevinmişdi. Söhbət ötən mövsümün sonuncu turunda mayın 16-da MOİK üzərində qazanılan 2:1 hesablı qələbədən gedir. Ardıcıl 9 matçdan sonrakı uğuru “Standard”lılar 172 gün gözləməli olublar.
Artıq 9 oyundur “Standard”dan qələbə gözləyən sumqayıtlı azarkeşlərin həsrəti isə daha uzun çəkib. Bu şəhərin komandası sonuncu dəfə 2008-ci il mayın 3-də qalib gəlib. 550 gün əvvəl Sumqayıtın “Gənclərbirliyi” klubu “Masallı”nı minimal hesabla üstələmişdi. Həmin görüşdən sonra fanatlar 12 (“Gənclərbirliyi” 3, “Standard” 9) matç buna həsrət qalıb.
Maraqlıdır ki, “Standard”ın yeni baş məşqçisi Böyükağa Hacıyev isə son qələbəsini elə “Gənclərbirliyi” üzərində qazanmışdı. 2007-ci il avqustun 12-də sumqayıtlıları 3:1 hesabı ilə məğlub edən “Bakı”nın o vaxtkı baş məşqçisi 815 gün sonra böyük futbolda qələbə sevinci yaşayıb. Bu müddət ərzində sözügedən mütəxəssis futzalda çalışıb.

0
0