Daha 2 klub növbəti mərhələdə
05.11.2009 - 09:47
Çempionlar Liqasının 1/8 final mərhələsinin daha 2 iştirakçısının adı məlum olub. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin IV turunun ikinci oyun gününün nəticələrinə əsasən, İspaniyanın “Sevilya” və Fransa “Lion” klubları pley-offa yüksəliblər. Bu iki komanda axırıncı 2 turun nəticələrindən asılı olmayaraq, 1/8 finalda mübarizə aparacaq. Qrupda birinci yeri tutmaq üçün “Sevilya”ya 3, fransalılara isə 4 xal lazımdır. “Sevilya” və “Lion” bir gün əvvəl eyni vəzifənin öhdəsindən gələn “Portu” (Portuqaliya), “Bordo” (Fransa), “Çelsi” və “Mançester Yunayted”ə (hər ikisi İngiltərə) qoşulub. Bununla da, qarşıdakı 2 turda yalnız 10 vəsiqənin sahibi müəyyənləşməlidir. Macarıstan “Debretsen”inin isə 1/8 finala çıxmaq şansı yoxdur. Ən yaxşı halda Avropa Liqasına yüksələcək macarlar “Atletiko” (İspaniya), APOEL (Kipr), “Makkabi” (Hayfa, İsrail) və “Beşiktaş”dan (Türkiyə) sonra Çempionlar Liqasında qrup mərhələsində mübarizəni dayandıracaq 5-ci uğursuz olub.
0
0