Foqts “Dördlər turniri”nin finalında oynamaq istəyir
08.11.2009 - 01:05
“Kubok oyunlarından sonra milli komanda bir araya gələcək və hazırlığa başlayacağıq. Lakin Dubay turnirinə qatılacaq digər komandalardan fərqli, biz hazırlığa bir qədər gec başlayacağıq. Halbuki Çexiya yığmasının bəzi üzvləri Bundesliqada çıxış edir və onlar artıq gələn həftənin birinci günü millinin düşərgəsində olacaqlar”. Apasport.az saytının xəbərinə görə, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis bildirib ki, yığmamızın beynəlxalq turnirdə məqsədi finala yüksəlməkdir: “Bilirəm ki, Çexiya millisi turnirə iddialı qatılacaq. Amma biz də boş oturmaq fikrində deyilik. Azərbaycan yığmasının məqsədi İraqı məğlub edib, finala yüksəlməkdir”.
Foqts milliyə yeni oyunçuların cəlb olunmasını da istisna etməyib: “Bəzi oyunçular var ki, onlara dəvət göndərməyim mümkündür. Təbii ki, gəncləri nəzərdə tuturam. Həmin futbolçular gələcək seçmə mərhələdə millinin əsas heyət üzvlərinə çevrilə bilərlər”.
Xatırladaq ki, Dubayda təşkil olunacaq turnirdə Azərbaycan, Çexiya, İraq və Birləşmiş Ərəb Əmirliklərinin yığma komandaları qüvvəsini sınayacaq. Milli komandamız ilk oyununu noyabrın 15-də İraqa qarşı keçirəcək.

0
0