Nizami Sadıqov: Birincidən razı, ikincidən narazı
08.11.2009 - 16:23
“Komandamızın göstərdiyi oyundan və nəticədən razıyam”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Turan” klubunun baş məşqçisi Nizami Sadıqova məxsusdur.
Ölkə çempionatının X turunda öz meydanında “Standard” üzərində qazanılan qələbədən sonra təşkil olunan mətbuat konfransında Sadıqov bildirib ki, futbolçular birinci hissədə verilən tapşırıqları yerinə yetiriblər: “Elə bu səbəbdən də 3 qol vurduq. Amma ikinci hissədə bir qədər razı qalmadım. Yaxşı oyun göstərib qazandığımız 3 xala və azarkeşlərimizi sevindirdiyimiz üçün sevinirəm”
Qeyd edək ki, “Turan” “Standard” üzərində 3:0 hesablı qələbə qazanıb.

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0