Samir Abbasov: Hamı gözünün içinədək yalan danışır MÜSAHİBƏ
10.11.2009 - 15:45
Azərbaycan milli komandasının kapitanı Samir Abbasovun apasport.az saytına müsahibəsi
- AFFA rəhbərliyi milli komandamızın baş məşqçisi Berti Foqtsla ikiillik yeni müqavilə imzalayıb. Son vaxtlar yığmamızda kapitan sarğısını daşıyan futbolçu kimi razılaşmanın müddətinin uzadılması ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Məncə, AFFA tərəfindən düzgün addım atılıb. Foqtsla müqavilənin uzadılması ona görə yaxşıdır ki, o, artıq bu komandanı tanıyır, potensialına bələddir. Fikrimcə, belə addım atmaqla lap yaxşı ediblər.
- Bu qərar sizin üçün gözlənilən oldu?
- Bəli. Çünki Foqtsa inam yaranmışdı. AFFA rəhbərliyi də anlayır ki, hər seçmə mərhələdə baş məşqçi dəyişikliyinin xeyri yoxdur. Yəni Foqtsa daha bir şans vermək istəyiblər.
- Seçmə mərhələ başa çatan zaman adları hallanan əcnəbi mütəxəssislər milli komandamıza gələrdisə, yəqin ki, vaxt istəyəcəkdir. Bu da daha bir neçə il itirməyimiz demək idi...
- Bəli, bəli. Yeni əcnəbi mütəxəssislərdən rusiyalı Stanislav Çerçesov haqda saytlarından xəbər tutmuşdum. Bu məlumatın nə dərəcədə doğru olub-olmadığını bilmirəm. Ancaq fikrimcə, Çerçesovun bura gəlişi yanlış olardı. Çünki onun necə mütəxəssis olduğunu heç kəs bilmir və ona da vaxt lazım olacaqdı. Ancaq Foqtsu azdan-çoxdan tanıyırıq. Düzdür, Foqtsun nəticəsi olmasa da, milli komandaya çağırılan gənc futbolçular onun nə istədiyini bilirlər. Buna görə də onun növbəti seçmə mərhələ üçün də saxlanılması lap əla oldu.
- Çox güman ki, bu dəfə alman məşqçinin qarşısında yeni şərtlər qoyulacaq və ilk növbədə seçmə mərhələdə nəticəni yaxşılaşdırmaq lazımdır.
- Mən də belə düşünürəm. Foqtsa ikinci dəfə şans verilib. Bu, AFFA tərəfindən elə-belə edilməyib ki, gəlsin burda vaxtını keçirsin. O, özü də bunu yaxşı başa düşür. Foqts bunu lap dərindən dərk edən bir mütəxəssisdir. Mənə elə gəlir ki, onun özü də gələn seçmə mərhələdə yaxşı nəticə göstərməyə çalışacaq.
- İndiyədək birgə çalışdığın mütəxəssislər arasında yerlilər də, əcnəbilər də kifayət qədər olub. Foqtsun onlardan fərqi nədir? Alman mütəxəssisin ən yox yadında qalan, xoşuna gələn xüsusiyyəti hansıdır?
- Nizam-intizama ciddi fikir verməsi, sərt olması. Fərqi yoxdur, oyunda istəyirsən 0:5 hesabı ilə uduz, öz xətti ilə gedir, nizam-intizama üstünlük verir. Bax, bu, həm xoşa gələndir, həm də yadda qalandır. Heç bir dəyişikliyə yol vermir, qurduğu sistemlə gedir. Ola bilər ki, futbolçu dəyişikliyi etsin. Bu isə vaxtla bağlıdır, şans verir. Görəndə ki yaramır, onları meydandan çıxardır. Ancaq məhz oyun nizam-intizamını Foqts pozmur.
- Milli komandamızda debütünüz braziliyalı Karlos Alberto Torresin vaxtında olub. Bu iki əcnəbi mütəxəssis arasında müqayisə apara bilərsinizmi?
- Əslində, yığmaya uşaq vaxtımda Əsgər Abdullayevin dövründə çağırılmışam. Sadəcə, Bolqarıstanda uğursuzluğa düçar oldum, ciddi zədə aldım. Sonradan İqor Ponomaryov oyunuma baxmağa gəlmişdi. O, məni milli komandaya çağırmağı düşünürdü. Ancaq həmin vaxt ayağımda ağrılar var idi və buna görə oynaya bilmədim. Həqiqətən də milli komandamızda debütüm Torresin vaxtında olub. Kimlər mənə güvəniblərsə, hamısına təşəkkür edirəm. Torres məni yığmaya çağıranda daima “Neftçi”nin start heyətində yer alırdım. Oynamayan adamı yığmağa çağırmazlar axı. Bunu da real qəbul edək də. Oynayırdım ki, məni milli komandaya dəvət aldım. Bundan sonra da tramplin başladı və yığma karyeramda hər məşqçinin öz yeri var.
- Qələbə qazanmadığınız, yəni uduzduğunuz və ya heç-heçə etdiyiniz oyunlar zamanı Foqtsun reaksiyası necə olur?
- Foqtsa lap udanda da üstümüzə qışqırır. Bir də görürsən ki, xoşagəlməyən şeylər olur. O, elə adamdır. Foqtsun istədiyi budur və bu, məşqçi üçün adi haldır. Məncə, uduzduğumuz matçlarda öz səhvlərimizin acısını çəkmişik. Amma yaxşı oyunlar da keçirmişik ki, yekunda heç-heçə edə və ya evdə qalib gələ bilərdik.
- Bəs hesabda geridə olduğunuz, yaxud bərabərlik olanda Foqts fasilədə paltardəyişmə otağında sizə necə münasibət göstərir?
- Təbii ki, reaksiyalar fərqli olur. Elə görüşlər olub ki, göstərdiyimiz oyun Foqtsun xoşuna gəlməyib. Bu zaman Foqts qışqırıb da, etirazını bildirib də. Bu, məşqçi üçün adi haldır və belə şeylərlə o qədər rastlaşmışıq ki... Foqtsun hər şey xoşuna gəlmir ki. Lixtenşteynlə son oyunun birinci hissəsindən sonra üstümüzə qışqırdı, öz tövsiyələrini sərt şəkildə verdi.
- Hər halda, bunun bəhrəsini gördünüz və sonda qələbə qollarını fasilədən sonra vurdunuz...
- Məncə, bu, ona görə deyildi. Foqts da insandır, yəqin ki, hirslənərək belə edir. Məgər siz bizim oyuna baxanda hirslənmirsiniz? Hirslənirsiniz, Foqts da elə.
- Nizam-intizamdan söz düşmüşkən, son turda “Qarabağ”la oyunda dalaşdığınız Fərhad Vəliyevlə aranızda insident milli komandamızda olsaydı, Foqts da sizi ciddi cəzalandırardımı?
- Fərhadla insident haqda elə danışılır ki, guya dünyada birinci dəfə belə hal baş verir. Axı belə şeylər çox yerdə olur. Bu, milli komandamızda, məşqdə də ola bilərdi. Niyə də olmasın? Hər halda, hamımız insanıq. Foqts elə sərt, nizam-intizamı sevən məşqçidir ki, lazım gəlsə cəzalandıracaqdı da, hər şeyi yoluna qoyacaqdı da.
- Şəxsən siz növbəti seçmə mərhələdə Foqtsun komandasından hansı nəticəni gözləyirsiniz?
- Çox yaxşı nəticələr gözləyirəm. Mənə elə gəlir ki, milli komandamız Foqtsa uyğunlaşıb, necə deyərlər, artıq “bişib”. Fikrimcə, ev oyunlarımızı rəqibdən asılı olmayaraq uda bilərik. Artıq qələbədən danışa bilərik. Şəxsən mən daha oyun yox, nəticə gözləyirəm. Axı nə qədər demək olar ki, yaxşı oynadıq, amma nəticə qazana bilmədik. İndi artıq sırf nəticə gözləyirik. Nəinki mən, yəqin ki siz hamınız da.
- Bəziləri Foqtsu qınayırdı ki, onun dövründə milli komandamız daha çox müdafiəyə diqqət yetirir, az top buraxmağa çalışır. Yığmada komanda yoldaşınız olmuş Branimir Subaşiç də hücum futbolu oynamadığımıza görə gileyli idi. Bir müdafiəçi kimi bütün bunlarla bağlı nə deyə bilərsiniz?
- Hamı gözünün içinədək yalan danışır. Branimir Subaşiçin nə dərəcədə haqlı olduğunu deyə bilmərəm. Hərənin öz fikri var. Müdafiəçi olsam da, Foqts o qədər üstümə qışqıraraq deyib ki, irəli get, rəqib hücum edəndə də qabağa çıx. Yalan söhbətdir. Foqts həmişə qol vurmaqdan, qələbə qazanmaqdan danışıb. Deyib ki, qol vurmasaq, necə uda bilərik? Başım çıxmır, necə yalnız müdafiəyə fikir verirdi? Məgər meydana 10 nəfər müdafiəçi buraxırdı? Xeyr. Sadəcə, əsas heyətdə yer alanların hərəsi öz mövqeyində oynayırdı. Bəlkə də Foqtsdan əvvəlki məşqçilər müdafiəyə daha çox fikir verirdilər ki, böyük hesabla uduzmasınlar. Foqts komandanı meydana çıxaranda məğlubiyyət yox, yaxşı məqamlar haqda fikirləşirdi. Bu da müsbət haldır. Foqtsun da öz dəst-xətti var və bu üslubla gedir. Məsələn, dörd müdafiəçi ilə oynayır və onlardan irəlidə iki dayaq yarımmüdafiəçisi çıxış edir. Bir sözlə, mən elə saymazdım ki, Foqts yalnız müdafiəyə fikir verir.
- Hazırda milli komandamızda ən yaşlı futbolçusu sizsiniz. Təsadüfi deyil ki, kapitan Rəşad Sadıqovun yoxluğunda sarğı veteran kimi sizə etibar olunur. Necə hesab edirsiniz, Foqts gəncləşdirmə siyasətini davam etdirərsə, 31 yaşlı Samir Abbasova növbəti seçmə ehtiyac duyacaq, güvənəcəkmi?
- Məncə, güvənə bilər. Mən öz gücümə inanıram. Bilirəm ki, yaşımın fərqi yoxdur, oynaya bilərəm. Çempionatımızda son oyunları da görürsünüz, “Qarabağ”la görüşdə gənclərə qarşı oynadım. Əslində Foqtsun bu gəncləşdirmə siyasətini dəstəkləyən ilk adamlardan biri mən idim. Foqts mənimlə kapitan, ən yaşlı futbolçu kimi fərdi, məşqdən kənar da söhbət edirdi. O, yığmada görəcəyi işlə bağlı məlumatlandırırdı. Görürsən ki, bir məşqçi kimi planları yaxşılığa doğrudur. “Qarabağ”la oyunda rəqibin gənc futbolçuları elə çıxış etdilər ki, adam onları təcrübəlilərdən seçə bilər. Foqts dediyiniz kimi, gəncləşdirmə siyasətini davam etdirib, mənə gələn seçmə mərhələdə güvənməsə, bundan narazı qalmayacağam. Futbolda belə şeyləri real qəbul etmək lazımdır. Reallıqla razılaşıb, Foqtsa kömək etmək lazımdır. Məncə, onu qınamağa dəyməz, işində uğurlar arzulamaq lazımdır. Hamımız da Foqtsa kömək olmalıyıq.
- İki gün sonra milli komandamızın heyətində Birləşmiş Ərəb Əmirliklərinə yollanacaqsınız. Orada iştirak edəcəyiniz beynəlxalq turnirdə nəyə ümid edirsiniz?
- Bu turnir bizə ilk növbədə oyun baxımdan önəmlidir. Çünki özünüz da yaxşı bilirsiniz ki, növbəti seçmə mərhələ yaxınlaşır və yığmamızın oyununu üzərində işləmək lazımdır. Yəqin ki, Foqts də götür-qoy edir, hansı komandalarla gələcəkdə qarşılaşacağını fikirləşir. Fikrimcə, orada turnirdə keçirəcəyimiz iki oyun bizə xeyir verəcək. Bir həftə ərzində iki görüşdə özümüzü sınayacağıq. Foqts da bir baş məşqçi kimi öz komandasını yaratmaq istəyir və bu cəhətdən çox xeyirdir. Düzdür, yaxşı oyun göstərməklə yanaşı, nəticə də əldə etməyə çalışacağıq. Ancaq məncə, həmin turnirdə nəticə bizim üçün o qədər vacib deyil.

0
0