“Türkiyədə olarkən boyum uzandı” – MÜSAHİBƏ
12.11.2009 - 00:37
AFFA ilə “Fənərbaxça” rəhbərlikləri arasında əldə olunan razılığa əsasən yeniyetmə futbolçularımız 3 ay bu klubun İstanbuldakı bazasında yaşayaraq, məşq ediblər. Türkiyəyə yollanan futbolçulardan biri ilə söhbətləşmək qərarına gəldik. Biz onlardan birini axtararkən, təsadüfən “Turan” - “Standard” matçını izləyənlər arasında yer alan Budaq Nəsirovla rastlaşdıq. Məlumat üçün qeyd edək ki, futbolda ilk addımlarını Həsən Əhmədovun rəhbərliyi altında Tovuz rayon uşaq gənclər və idman məktəbinin futbol bölməsində atan Budaq, daha sonra Ramin Əliyev tərəfindən “Turan”ın 15 yaşlılardan ibarət komandasına cəlb edilib. Təbii ki, onunla söhbətimizin əsas mövzusu “Akademiya”nın Türkiyədə keçirdiyi hazırlıq prosesi ilə bağlı idi.
- Türkiyədə özünü necə hiss edirdin?
- Bu, bizim üçün əla bir şans idi. Yəni heç vaxt inanmazdıq ki, nə vaxtsa gedib “Fənərbaxça” kimi klubun bazasında məşq edəcəyik. Ona görə də özümüzü yaxşı tərəfdən göstərməyə çalışırdıq. Təbii ki, ilk günlərdə darıxırdıq. Xüsusilə də məşq yoldaşlarım və məşqçilərim Ramin Əliyevlə Həsən Əhmədov üçün darıxırdım. Sonra tədricən yerli mühitə alışdıq. Əlbəttə, məşqlərə başladıqdan sonra günlərimiz daha maraqlı keçməyə başladı. Gündə 2 dəfə məşq edirdik. Səhər 2 saat, axşam da 2 saat. Biz “Fənərbaxça”nın bazasına getdikdən sonra komandanın bütün üzvləri “sarı-lacivərd”li forma ilə təmin edildi. Yəni butsdan tutmuş papağa, əlcəyə qədər verdilər.
- Məşqlər barədə nə deyə bilərsən?
- Əsasən məşqçilərimiz taktiki-texniki çalışmalara üstünlük verirdi. Hərdən dağlarda kross da qaçırdıq. Yəni maraqlı məşqlər keçirdilər. Gündə 4 saat məşq keçdiyimizdən yorulurduq. Həm də hazırlığın nəticəsini yoxlamaq üçün bizdən test-normativlər götürürdülər.
- Neçə dəfə test-normativ götürüblər?
- İki dəfə. Demək olar, hamı test-normativləri yerinə yetirdilər. Hətta 7-8 nəfər lap yaxşı nəticə göstərdi.
- Bəs məşqləri kim keçirdi?
- İrfan Sararoğlu rəhbərlik edirdi. O, həm də “Fənərbağça”nın əsas komandasında çalışır. Təbriz müəllim (Təbriz Həsənov-M.Ş) ona kömək edirdi.
- Sənin üçün əsas yenilik nə oldu?
- Əlbəttə, bura ilə müqayisədə şəraitdən tutmuş, məşq prosesinə kimi kifayət qədər fərq var idi. Xüsusilə də klubun biz məşq etdiyimiz bazasında futbolçular üçün hər cür şərait yaradılmışdı. Qaldığımız otelin şəraiti də əla idi.
- Məşqçilər əsas nəyi tələb edirdilər?
- Onlar məşq prosesində diqqətli olmağı və verilən tapşırıqların düzgün yerinə yetirilməsini istəyirdilər.
- Boş vaxtlarınızı necə keçirirdiniz?
- Əsasən dama, domino, şahmat oynayırdıq. Tez-tez kinoya, teatra, muzeyə aparırdılar. Eyni zamanda şəhərin gəzməli-görməli yerləri ilə bizi tanış edirdilər. Yəni boş vaxtımızı maksimum səmərəli keçirməyə çalışırdıq. Təbriz müəllim də bizi darıxmağa qoymurdu. O, Türkiyədə sanki bizim valideynimiz idi.
- “Fənərbaxça”nın oyunlarını izləyirdinizmi?
- Bəli, bir neçə oyununu stadiondan izlədik. Təəssüflər olsun ki, “Fənərbağça” - “Qalatasaray” derbisinə baxa bilmədik. Həmin vaxt Azərbaycana dönməyə hazırlaşırdıq. “Tvente” ilə Avropa Liqası çərçivəsində keçirilən oyuna baxdıq. “Fənərbaxça” məğlub olsa da, buna təəssüflənmədim. Axı mən “Qalatasaray”ın azarkeşiyəm. Həmişə “Cim-Bom”un udmasını arzulamışam. Əslində, derbini izləməməyimiz digər tərəfdən yaxşı oldu. Çünki “Qalatasaray” məğlub oldu.
- “Fənərbaxça”nın oyunçuları ilə necə, görüşdünüzmü?
- Semih Şentürk, Əmrə Bələzoğlu, Kazım Kazımlı, Roberto Karlos kimi futbolçularla görüşdük, şəkil çəkdirdik. Ramazan bayramında isə “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım bizimlə görüşdü, təbrik etdi, daha sonra yeməyə dəvət etdi. Kristof Daum da görüşümüzə gəlmişdi. Onunla ilk görüşümüz “Fənərbaxça”nın məşqini izləyərkən olmuşdu.
- Bəs səninlə birgə İstanbula gedən uşaqların hazırlığı barədə məşqçilər nə deyirdilər?
- Narazı deyildilər. Yenə deyirəm, ilk vaxtlarda müəyyən çətinliklər oldu. Sonra öyrəşdik və məşqçilərin verdikləri tapşırıqları maksimum yerinə yetirməyə çalışırdıq.
- Yoxlama oyunlarında meydana çıxırdınmı?
- 3 yoldaşlıq oyunu keçirdik. Birinci oyunda “Fənərbağça”nın 15 yaşlılardan ibarət ikinci komandası ilə qarşılaşdıq. Bu komandanı 7:0 hesabı ilə məğlub etdik. Növbəti oyunda “İstanbul-Danone” ilə qarşılaşdıq və 4:2 hesabı ilə qələbə qazandıq. Son oyunda 1:1 hesablı heç-heçə qeydə alındı. Həmin görüşdə “Fənərbaxça”nın 1996-cı il təvəllüdlü futbolçulardan ibarət komandası ilə qarşılaşırdıq. Oyunların hamısında iştirak etdim. Məşqçimiz məni sağ cinah yarımmüdafiəçisi kimi meydana buraxırdı.
- Özündə irəliləyiş hiss edirsənmi?
- Əlbəttə. Bunu məşqçilərim də deyirlər. Türkiyədə olarkən boyum uzandı. Fiziki cəhətdən də yaxşı formadayam. Yəni İstanbuldakı məşq prosesinin bizə xeyri dəydi. Ancaq biz orda 1 il qalmalı idik. Təhsillə bağlı olaraq geri qayıtmalı olduq. Çünki orda məktəbə getmirdik. Ona görə də uşaqların dərslərini davam etdirmələri üçün bizi Azərbaycana qaytardılar. Uşaqların əksəriyyəti 9-cu sinifdə oxuyurdular.
- Türkiyədən döndükdən sonra məşqlərə başlayıbsanmı?
- Bir həftədən artıqdır ki, “Turan”da məşq edirəm. Müqayisə etdikdə, oradakı məşq prosesi daha ağır idi. Amma burada da asan məşq keçmirlər.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0