“Bu, bizi heç də qorxutmur” - MÜSAHİBƏ
12.11.2009 - 16:39
Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Şamil Heydərov AFFA-nın rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, mütəxəssis dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 22-də Belçika ilə keçiriləcək oyun haqda fikirlərini açıqlayıb. Heydərov matça hazırlıq məqsədilə Bakıda başa çatan və Türkiyədə davam edən təlim-məşq toplanışları barədə də danışıb.
- Əvvəlcə, komandanın hazırlıq planı barədə məlumat verməyinizi istərdik.
- Hazırlıq planımızı Uels milli komandasına qarşı oyundan bir qədər sonra tərtib etdik. Təlim-məşq toplanışının birinci hissəsini Bakıda keçirdik. Paytaxtdakı hazırlıq prosesindən çox razı qaldım. Komanda halında yeni-yeni formalaşmağa başlayan bir kollektivin ölkə xaricində hazırlıq prosesi keçməsi məqsədəuyğun haldır. Düşünürəm ki, bu təlim-məşq toplanışı komanda üçün çox xeyirli olacaq.
- Bakıdakı təlim-məşq toplanışı zamanı yoldaşlıq görüşündə qüvvənizi sınadınızmı?
- Bəli. İki yoxlama oyunu keçirdik. “Qarabağ”ın və “Neftçi”nin aşağı yaş qrupundan ibarət komandaları ilə qarşılaşdıq.
- Hazırkı toplanış çərçivəsində yoxlama oyunu keçirməyi planlaşdırırsınızmı?
- Plana əsasən, burada 3 yoxlama matçı keçirmək niyyətindəyik. İlk oyunumuz sabah Antalya bölgəsinin həvəskar komandalarından biri ilə olacaq. İki gün sonra “Antalyaspor”un qadınlardan ibarət komandası ilə üz-üzə gələcəyik. Son yoxlama görüşümüz isə noyabrın 17-nə nəzərdə tutulub. Lakin hələ sparrinq-rəqibin adı məlum deyil.
- Heyətlə bağlı hər hansısa problem var?
- Türkiyəyə tam heyətlə gəlmişik. Komandada heç bir zədəli futbolçu yoxdur. Yalnız Fəridə Bayramovanın Bakıda əzələsi dartılmışdı ki, o da artıq sağalıb.
- Hazırlıq prosesi zamanı əsasən nəyə üstünlük verirsiniz?
- İlk növbədə standart vəziyyətlər üzərində işləyirik. Oyunlarda cərimə və künc zərbələri zamanı bəzi problemlərlə üzləşirik. Bundan başqa, bir neçə taktiki sxemi sınaqdan keçirməyi düşünürük. Bizə ayrılan vaxtdan maksimum yararlanmağa çalışacağıq. Həm taktiki, həm də fiziki göstəricilərin artırılması üçün əlimizdən gələni edirik. Futbolçuların psixoloji hazırlığının yüksəldilməsi istiqamətində də müəyyən işlər görürük.
- Noyabrın 22-də milli komandamız Bakıda Belçika yığmasını qəbul edəcək. Rəqib barədə məlumatınız varmı?
- Rəqibin oyunlarının nəticələri barədə yalnız İnternet vasitəsi ilə məlumat ala bilirik. Əlbəttə, bu, bizə kifayət etmir. Yaxın günlərdə Belçika milli komandasının oyunlarının videoyazısına baxacağıq.
- Qarşıdakı matçın nəticəsi ilə bağlı proqnoz verə bilərsinizmi?
- Belçikada qadın futbolu çox inkişaf edib. Avropanın sayılıb-seçilən yığmaları arasında yer alırlar. Lakin bu, bizi heç də qorxutmur. Belçika millisi ilə oyuna qələbə üçün çıxacağıq. Mən komandama inanıram və əminəm ki, noyabrın 22-də azarkeşlərimizi sevindirə biləcəyik.

0
0