Yığmamıza qol vuran futbolçunun ailəsi “donuz qripi” oldu
12.11.2009 - 18:04
Almaniya milli komandasının və “Bavariya”nın futbolçusu Miroslav Klozenin ailəsi “donuz qripi”nə tutulub. Apasport.az saytının məlumatına görə, iki əkiz övladı və həyat yoldaşı A/H1N1 virusuna yoluxduqdan sonra 31 yaşlı hücumçuda da eyni xəstəlik aşkarlanıb. Buna görə də Kloze şərəfini qoruduğu klubun, eləcə də yığmanın məşqlərindən kənarlaşdırılıb. Onun noyabrın 15-də Robert Enkenin dəfn mərasimində və noyabrın 18-də Almaniya - Kot-d’İvuar yoldaşlıq görüşündə iştirak edib-etməyəcəyi bilinmir.
Qeyd edək ki, Kloze dünya çempionatının seçmə qrup mərhələsində avqustun 12-də və sentyabrın 9-da Azərbaycan milli komandasına qarşı keçirilən hər iki oyunda forma geyinib. Bakıda yığmamızın qapısına bir qol vuran (0:2) Miroslav Hannoverdə dubla imza atmışdı (0:4).

0
0