“Bu, Ağasəlim Mircavadovun qərarı idi”
13.11.2009 - 00:01
“Bu, Ağasəlim Mircavadovun qərarı idi”
“Düzünü desəm, Fatih Sonkayanın komandadan uzaqlaşdırılması haqda qərarı mətbuatdan oxudum”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti İqor Ponomaryov deyib.

Ponomaryov bildirib ki, türkiyəli futbolçu Fatih Sonkayanın komandadan kənarlaşdırılması baş məşqçi Ağasəlim Mircavadovun qərarı idi: “Bu, Ağasəlim Mircavadovun qərarı idi. Sonkaya mənim vaxtımda pis oynamırdı. Sonradan nə baş verdiyindən isə xəbərdar deyiləm”.

Xatırladaq ki, intizamsızlığa görə komandadan qovulan türk futbolçu “Xəzər-Lənkəran”a İqor Ponomaryovun baş məşqçi olduğu vaxtda cəlb edilmişdi.
0