Dünya çempionatının püşkü atıldı
13.11.2009 - 09:29
Dünya çempionatının püşkü atıldı
Klublararası dünya çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin paytaxtı Berndə keçirilən mərasimdən sonra Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq yarışın təqvimi də məlum olub.

Dekabrın 9-dan 19-dək Abu Dabi də baş tutacaq yarışda 7 komanda mübarizə aparacaq. Bunlar 6 qitənin ən güclü klubu və meydan sahibidir.

Püşkatmada Avropa Çempionlar Liqasının qalibi “Barselona” ilə Libertadores kubokunun son sahibi Argentinanın “Estudiantes” klubu səpələnmiş kimi güzəşt əldə edib.




9 dekabr
1. “Əl-Əhli” (BƏƏ) – “Oklend Siti” (Yeni Zelandiya)

11 dekabr
2. “Mazembe” (Konqo) – “Pohanq Stilers” (Koreya)

12 dekabr
3. 1-ci cütün qalibi – “Atlante” (Meksika)

15 dekabr
Yarımfinal

4. 2-ci cütün qalibi – “Estudiantes” (Argentina)

16 dekabr
5. 3-cü cütün qalibi – “Barselona” (İspaniya)

V yer uğrunda
6. 2-ci cütdə uduzan - 3-cü cütdə uduzan

19 dekabr
III yer uğrunda

7. 4-cü cütdə uduzan – 5-ci cütdə uduzan

I yer uğrunda
8. 4-cü cütün qalibi – 5-ci cütün qalibi
0