Dünya futbolunda daha bir yenilik
13.11.2009 - 10:01
Dünya futbolunda daha bir yenilik
Noyabrın 29-da dünya futbolunda daha bir yenilik baş verəcək. Apasport.az saytının məlumatına görə, həmin gün İspaniya Primerosunda keçiriləcək “Barselona” - “Real” matçı tarixə düşəcək.

Belə ki, əzəli rəqiblərin “El Klassiko” adlanan prinsipial görüşü ilk dəfə kinoteatrlarda canlı yayımlanacaq. Bununla bağlı, Primeronun yayım hüququna malik şirkət rəsmən razılıq verib.

Tamaşaçılar kinoya bilet aldıqları kimi, eyni məbləğdə pul ödəyərək, derbini izləmək imkanına malik olacaqlar. “El Klassiko”nun yayımı zamanı böyük pərdələr və güclü səs sistemlərindən istifadə ediləcək. Ancaq fərq ondadır ki, filmlər kinoteatrda dəfələrə göstərildiyi halda, derbi sadəcə, bir gecə yayımlanacaq.
0