Mübariz Mənsimov kimə inanır?
13.11.2009 - 10:13
Mübariz Mənsimov kimə inanır?
“Mübariz Mənsimov Çempionlar Liqasının “Volfsburq”la matçında “Beşiktaş”ın prezidenti Dəmirörənin düşdüyü vəziyyətə çox üzülmüşdü. O, prezidentə söz vermişdi ki, futbolçulara 500 min mükafat özü ödəyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Beşiktaş” klubunun sabiq rəhbərlərindən olan İhsan Kalkavan deyib.

“Xəzər-Lənkəran”ın sahibi olan Mübariz Mənsimovun dostlarından sayılan futbol funksioneri azərbaycanlı iş adamının “Beşiktaş” prezidenti Yıldırım Dəmirörəni dəstəkləyib-dəstəkləməyəcəyinə aydınlıq gətirib: “Matçdan sonra Mənsimov prezidentə öz köməyini təklif etmişdi. Demişdi ki, istəsəniz bir adamımı verə bilərəm, rəhbərlikdə çalışar. Bu yolla sizi dəstəkləyərəm. İndi isə vəziyyət belədir: Mənsimov Dəmirörənin deyil, həqiqətən inandığı bir adamın siyahısına öz təmsilçisini verəcək. Bu durumda maddi dəstək də ağlasığmaz həcmdə olacaq və hamı bunu görəcək. “Beşiktaş”ın geniş maddi imkanı olan və qarşılığını istəməyən rəhbərlərə ehtiyacı var. Vaxtilə mən də elədiyim dəstəyin qarşılığını gözləmirdim. Bir quruş da almadan rəhbərliyi təhvil vermişdim”.

Qeyd edək ki, “Beşiktaş”da prezident seçkiləri gələn ilin yanvarında keçiriləcək.
0