Azərbaycan yığmasının rəqibi “Mançester Siti”yə aman vermədi
13.11.2009 - 10:40
Noyabrın 15-də start götürəcək beynəlxalq turnirdə Azərbaycan milli komandasının rəqiblərindən olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Əl-Əyn şəhərində baş tutacaq yarışın meydan sahibləri İngiltərənin məşhur “Mançester Siti” klubu ilə qarşılaşıb.
Ərəblər matçın 8-ci dəqiqəsində vurduğu yeganə qolla qalib gəliblər. Britaniyalıların ikinci qapıçısı Stüart Teylor meydana çıxdığı bu görüşdə qaydanı pozmaqla penaltiyə səbəb olub ki, Məhəmməd Əl-Şini də zərbəni dəqiq yerinə yetirib.
BƏƏ-də keçirilən turnirdə millimiz meydan sahibləri ilə final oyunlarının birində qarşılaşa bilər. Noyabrın 15-də baş tutacaq yarımfinalda futbolçularımız İraqla, BƏƏ isə Çexiya ilə görüşəcək. Ayın 18-də isə qaliblər bir-biri ilə görüşəcək, məğlublar isə öz aralarında oynayacaqlar.

- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0