Rusiya - Sloveniya matçı “Ginnesin rekordlar kitabı”na düşə bilər
13.11.2009 - 10:48
Rusiya - Sloveniya matçı “Ginnesin rekordlar kitabı”na düşə bilər
Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutko milli komandanın dünya çempionatına vəsiqə qazanmasını qeyri-adi hərəkətlə qeyd edəcək. Apasport.az saytının məlumatına görə, RFİ başçısı bildirib ki, Sloveniya ilə pley-off oyunlarında qalib gələcəkləri halda, yığmasının futbolçularının formalarını özü yuyacaq.

O, bunu Sloveniyanı baş naziri Bortut Paxorun qərarı ilə əsaslandırıb. Belə ki, Paxor milli komandasının Cənubi Afrika Respublikasına çıxacağı halda, yığma futbolçularının butslarını təmizləyəcəyini vəd edib. İndi Mutkonun formaları əli, yaxud paltaryuyan maşının köməyi ilə edəcəyi maraq doğurur.

Rusiya və Sloveniya yığmaları arasında sabah Moskvada keçiriləcək görüş “Ginnesin rekordlar kitabı”na düşə bilər. Belə ki, Ümumrusiya Azarkeşlər Birliyi RFİ ilə birgə “Lujniki” stadionunda ölkə himnin səslənməsi zamanı azarkeşlər başlarının üstündən 130*70 ölçüsündə 60 mindən çox müxtəlif rəngli kağız vərəqi qaldıracaq.
0