“O, rəqabətə hazır deyil, yəqin ki, başqa kluba icarəyə veriləcək”
13.11.2009 - 11:03
“O, rəqabətə hazır deyil, yəqin ki, başqa kluba icarəyə veriləcək”
“Rəşad Kərimov öz üzərində çox çalışmalıdır”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Mircavadov bildirib ki, əsas heyətdən əvəzedici komandaya göndərilən Kərimov rəqabətə hazır deyil.

“Onu yenidən “Xəzər Lənkəran”a dəvət etmişdim ki, futbol oynasın. Amma görürəm ki, alınmır. Komandada rəqabət böyükdür. Bu rəqabətə tab gətirmək üçün öz üzərində daha çox işləməlidir. Hazırkı vəziyyətdə isə Kərimov buna hazır deyil” – deyə məşqçi bildirib.

Mircavadov həmçinin vurğulayıb ki, Kərimov hələlik əvəzedici komanda ilə məşq edəcək və özünə klub tapsa, icarəyə veriləcək.
0