Milli komandamızın futbolçusu xanımına görə Azərbaycandan birdəfəlik getdi
13.11.2009 - 11:22
Milli komandamızın futbolçusu xanımına görə Azərbaycandan birdəfəlik getdi
Braziliyalı futbolçu Leandro Qomeş Yevlaxın “Karvan” klubundan ayrılıb. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib. Onun sözlərinə görə, 33 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı şəkildə pozulub.

“Qomeş ölkəmizdən birdəfəlik getdi. Azərbaycanda darıxırdı. Həqiqətən də burda qala bilmirdi. Çox fikir edirdi, getmək istəyirdi. Bununla bağlı bizə müraciət etdi və onu buraxmağa razı olduq. Hər halda, belə vəziyyətin davam etməsi doğru olmazdı” – deyə Hüseynov bildirib.

Məşqçi əlavə edib ki, futbolçu xanımı üçün darıxırmış: “Deyəsən, bu yaxınlarda evlənib. Həyat yoldaşını da Azərbaycanda gətirmişdi. 10-15 gün burada qaldılar. Qomeş həyat yoldaşı ilə Bakıda yaşasa da, ev oyunları zamanı onu Yevlaxa gətirirdi. Xanımı Braziliyaya qayıtdıqdan sonra Leandro daha çox darıxmağa başladı. Biz bunu hiss edirdik. Komandamızda həmyerliləri – Ernani Pereyra, Markos Fereyra da bizə bu haqda deyirdi. Yəqin ki, Qomeş həyat yoldaşı üçün çox darıxdığından, onsuz qala bilmirdi”.

Qeyd edək ki, 2004-cü ilin yayında ölkəmizə gələn Leandro Qomeş cari mövsümdən “Karvan”da forma geyinirdi.
0