Belarus da, Avstriya da Azərbaycandan qələbə gözləyir
13.11.2009 - 11:28
Belarus da, Avstriya da Azərbaycandan qələbə gözləyir
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, noyabrın 13-15-də qitənin 40 komandası münasibətlərini ayırd edəcək.

Baş tutacaq 20 oyundan 2-si Azərbaycan yığmasının da yer aldığı X seçmə qrupda baş tutacaq. Alman mütəxəssis Bernard Lippertin yetirmələri sabah qrup liderlərindən biri olan Şotlandiya ilə üz-üzə gələcək. Həmin görüşdə U-21-in “sükanı arxasında” ilk xalını qazanmağa çalışacaq 47 yaşlı məşqçi qrup sonuncusu olmamaq uğrunda əsas rəqibimizin qarşılaşmasını da maraqla gözləyir.

Belə ki, yığmamızdan da çox – 4 dəfə uduzan, lakin millimizi udması sayəsində sonuncu olmayan Albaniya da liderlərdən biri ilə qarşılaşır. Onlar Avstriya ilə ev oyununu bu gün keçirdiyindən həm Azərbaycan, həm də Şotlandiya öz rəqibinin nəticəsini bilmiş olacaq.

Bizə avstriyalıların, britaniyalılara isə albanların qələbəsi sərf edir. Elə sabahkı oyunda komandalar yerlərini dəyişsə də, cütlər dəyişməyəcək. Avstriya yığması bizim futbolçuların, albanlar isə Şotlandiyanın qələbəsini arzulayacaq. Bu tur istirahət edən Belarus isə hər iki qarşılaşmada meydan sahiblərinin uğuruna sevinəcək.

13 noyabr
17:00. Albaniya - Avstriya

14 noyabr
19:00. Azərbaycan - Şotlandiya

Baş hakim: Draqomir Stankoviç
Baş hakimin köməkçiləri: Radovan Stepanoviç, Saşa Boqiçeviç
Dördüncü hakim: Slobodan Veselinoviç
(Hakimlər briqadası Serbiyadandır)
Hakim-inspektor: Vladimir Petrov (Ukrayna)
UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə)

1

Avstriya

4

3

0

1

7-4

9

2

Belarus

4

3

0

1

9-6

9

3

Şotlandiya

4

3

0

1

7-3

9

4

Albaniya

5

1

0

4

6-13

3

5

Azərbaycan

3

0

0

3

3-6

0

0