Azərbaycanda fransız futbolçular
13.11.2009 - 12:11
Azərbaycanda fransız futbolçular
Yevlaxın “Karvan” klubu Fransadan 3 futbolçu gətirir. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib. O bildirib ki, həmin legionerlər ölkəmizə qış fasiləsində gələcək.

“Bu işdə bizə Kot-d’İuvardan olan 34 yaşlı hücumçumuz Yakuba Bamba kömək edir. Bamba afrikalı olsa da, Fransada yaşayır. O, bizə vasitəçilik edəcək. 3 legioner qış fasiləsində komandamızın düşərgəsinə gələcək. Ancaq transfer edəcəyimizi indidən demək olmaz. Öncə baxışda olacaqlar. Biz də baxıb, qərarımızı verəcəyik” – deyə baş məşqçi bildirib.

Hüseynovun sözlərinə görə, sərəncamında olan futbolçulardan kiminsə gedişi gözlənilmir: “İndiki futbolçular qalacaq, əlavə futbolçular götürəcəyik. Bunlar hər bir ölkədən ola bilər. Ölkə kubokunda mübarizəni dayandırsaq da, çempionatda turnir cədvəlinin sonlarında yer alsaq da, ruhdan düşmürük. İnşallah, bu çətin vəziyyətdən elə bu heyətlə çıxacağıq. Qış fasiləsində yeni transferlər etməklə komandamızı gücləndirəcəyik”.

Qeyd edək ki, indiyədək ölkəmizdə fransız futbolçu oynamayıb.
0