Arda Turan 535 min avroya loja aldı
13.11.2009 - 12:19
Arda Turan 535 min avroya loja aldı
Türkiyə yığmasının və “Qalatasaray”ın yarımmüdafiəçisi Arda Turan xərcə düşüb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu “Cim Bom” üçün İstanbulda tikilən “Türk Telekom Arena” stadionunda loja alıb. O, ailə üzvlərinin və yaxınlarının “Qalatasaray”ın oyunlarını daha rahat izləməsi məqsədilə 18 nəfərlik lojaya 3 il müddətinə sahib olub. Arda bundan ötrü 535 min avro (ilə 178 min avro) xərcləyib.

Lojada müxtəlif təamlardan və içkilərdən ibarət menyu, geniş və rahat oturacaqlar təqdim olunacaq, qarşılaşmaları LCD monitorlarından izləmək imkanı yaradılacaq. Bundan başqa, stadionun həyətində avtomobil saxlamaq üçün xüsusi yer olacaq.

Qeyd edək ki, “Qalatasaray”ın yeni stadionu “Türk Telekom Arena”nın gələn il istifadəyə verilməsi nəzərdə tutulub.
0