Branimir Subaşiç “Srvena Zvezda”ya qayıtdı
13.11.2009 - 18:43
Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç Serbiyaya qayıdıb. Apasport.az saytının xəbərinə görə, 6 ay Çin çempionatında “Çanqçun Yatay” komandasında icarə əsasında forma geyinən futbolçu artıq müqavilə ilə məxsus olduğu Belqradın “Srvena Zvezda” klubunda məşqlərə başlayıb.
“Mən artıq köhnə komandamın düşərgəsindəyəm. Təəssüf ki, əsas heyət İsveçrədə təlim-məşq toplanışındadır. Komanda səfərə çıxanda mən Çində idim və bu səbəbdən onlara qoşula bilmədim” – deyə Subaşiç bildirib.
Futbolçu həmçinin qeyd edib ki, rəhbərliklə görüşdən sonra komandada qalıb-qalmayacağına aydınlıq gətirəcək.
extratime.az

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0