Qrupumuzun lideri xal itirdi
14.11.2009 - 10:58
Qrupumuzun lideri xal itirdi
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının (U-21) yer aldığı 10-cu qrupun lideri xal itirib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin çalışdırdığı yığmamızın gələn həftə qonağı olacağı avstriyalı həmyaşıdları autsayderlə görüşdə büdrəyib – 2:2.

Düzdür, Albaniyada keçirilən oyunun gedişini nəzərə alsaq, yığmamızın rəqibi bir xala da şükür etməlidir. Belə ki, avstriyalılar oyunun 50-ci dəqiqəsində hesabda 0:2 geridə olublar. Ancaq 52-ci dəqiqədə alban futbolçunun avtoqolu həlledici olub və sona 11 dəqiqə qalmış hesabı bərabərləşdirən qonaqlar bununla da məğlubiyyətdən xilas ola bilib. Bu, həm Albaniya, həm də Avstriya U-21-nin cari seçmə mərhələdə ilk heç-heçəsi olub.

Qeyd edək ki, Lippertin komandası son oyununu Bakıda məhz Avstriya ilə keçirib. Bəxtiyar Soltanovun vurduğu qol sayəsində görüşün sonuna qədər hesabda irəli olan yığmamız sonda bir xal da qazana bilməyib – 1:2. Bu gün şotland həmyaşıdlarını qəbul edən Azərbaycanın U-21-i noyabrın 18-də Avstriyanın qonağı olacaq.

13 noyabr
Albaniya – Avstriya – 2:2

14 noyabr
Azərbaycan – Şotlandiya


1

Avstriya

5

3

1

1

9-6

10

2

Belarus

4

3

0

1

9-6

9

3

Şotlandiya

4

3

0

1

7-3

9

4

Albaniya

6

1

1

4

8-15

4

5

Azərbaycan

3

0

0

3

3-6

0

0