Azərbaycanlı futbolçu rus klubunun transfer siyahısında
14.11.2009 - 11:17
Azərbaycanlı futbolçu rus klubunun transfer siyahısında
Soydaşımız Aleksandr Səmədov yenidən komandasını dəyişir. Apasport.az saytının məlumatına görə, “Moskva”nın şərəfini qoruyan 26 yaşlı sağ cinah yarımmüdafiəçisi paytaxt “Dinamo”sunun transfer siyahısına daxil olub.

Səmədovun “Dinamo”ya keçidi baş tutarsa, karyerasında dördüncü dəfə paytaxt təmsilçisində oynayacaq. Soydaşımız indiyədək yalnız Moskva klublarında – “Moskva”ya qədər “Spartak” və “Lokomotiv”də oynayıb. Atası Gəncədən olan Aleksandr 2003-cü ilin yayında milli komandamızın düşərgəsində olsa da, Moskvaya qayıtdıqdan sonra Rusiya yığmasını seçdiyini bildirdi. Ancaq bu ölkənin əsas yığmasına cəlb edilməyən Səmədov yalnız U-21-də çıxış etməklə kifayətlənib.
0