Azərbaycan çempionu “Dnepr”lə görüşə bilər
14.11.2009 - 13:05
Azərbaycan çempionu “Dnepr”lə görüşə bilər
Son Azərbaycan çempionu “Bakı”nın “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nda potensial rəqiblərindən biri Belarusun “Dnepr” klubu olub. Apasport.az saytının məlumatına görə, Mogilev şəhərini təmsil edən bu komanda son ölkə çempionu BATE-nin imtinasından sonra turnirdə iştirak etmək hüququ qazanıb.

Əslində, BATE-nin imtina etməsindən sonra bu hüququ Minsk “Dinamo”su qazanırdı. Ancaq gümüş medalçı olan paytaxt təmsilçisi də gələn ilin yanvarın 16-dan 24-dək Moskvada keçiriləcək yarışa getməməyə qərar verib. Bu zaman sıralama Belarusu çempionatının bürünc mükafatçısı, yəni “Dnepr”in payına düşüb. Son çempionatı 3-cü yerdə bitirən Mogilev təmsilçisi bununla bağlı artıq prinsipial razılıq verib.

Qeyd edək ki, buna qədər Özbəkistanın “Bunedkor” və Moldovanın “Şerif” klubları da “Birlik kuboku”na qatılmaqdan imtina edib.
0