Azərbaycanın qadın futbolçuları türk kişilərə qarşı
14.11.2009 - 13:52
Azərbaycanın qadın futbolçuları türk kişilərə qarşı
Bu gün Azərbaycanın qadınlardan ibarət milli komandası Türkiyədə yoxlama oyunu keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Antalya şəhərində təlim-məşq toplanışında olan Şamil Heydərovun komandası 19 yaşlı oğlanlardan ibarət Türkiyə yığması ilə görüşəcək. Qadınlarımızın əks cinsin nümayəndələri ilə oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
0