Yığmamızın baş məşqçisi: Futbolçuların heç bir günahı yoxdur
14.11.2009 - 22:11
Yığmamızın baş məşqçisi: Futbolçuların heç bir günahı yoxdur
“Bu günkü oyunda böyük hesabla uduzsaq belə, futbolçuların heç bir günahı yoxdur. Onlar nə bacardılarsa, etdilər”. Apasport.az saytının xəbərinə görə, bu sözlər 21 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippertə məxsusdur.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şotlandiyaya böyük hesabla uduzan milli komandamızın almaniyalı çalışdırıcısı futbolçu qıtlığından şikayətlənib: “Rəqib layiq olduğu qələbəni qazandı. Bu onların tam hüquqlu qələbəsidir. Cavid Hüseynovla Əfran İsmayılovun yoxluğu komandanın oyununa təsir etdi. Bütün fəaliyyətimizi yeni oyunçular üzərində qurmalıyıq. Gənc oyunçuları komandaya cəlb etmək lazımdır”.
0