Azərbaycan çempionu haqqında yayılan xəbərləri şayiə adlandırdı
15.11.2009 - 00:01
Azərbaycan çempionu haqqında yayılan xəbərləri şayiə adlandırdı
“2004-cü ildən etibarən "Bakı"dayam. Bu klub mənim üçün sadəcə bir iş yeri anlamına gəlmir. Mən özümü bütövlükdə "Bakı"lı hesab edirəm”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun qapıçısı Xalidu Sissoko deyib.

Paytaxt təmsilçisindən ayrılacağı barədə yayılan xəbərləri dezinformasiya adlandıran seneqallı futbolçu bildirib ki, heç yerə getmək fikrində deyil: “Azərbaycan paytaxtının adını daşıyan klubla iki dəfə ölkə çempionu titulunu qazanmışam. Bir dəfə də Azərbaycan kubokunu başımın üzərinə qaldırmışam. Şəxsən mənim üçün bir futbolçu kimi bundan artıq nə zəfər ola bilər? İstər klub rəhbərliyi, istər məşqçilər, istər futbolçular, istərsə də azarkeşlər həmişə mənim hörmətimi saxlayırlar. Buna görə onlara dərin təşəkkürümü bildirirəm. Son günlər mətbuatda mənim komandanı tərk edəcəyim barədə şayiələr yayılır. Bildirmək istəyirəm ki, bu xəbərlər həqiqətdən uzaqdır və mən "Bakı"nı tərk etmək fikrini heç yaxına da buraxmıram”.
0