Yığmamız Asiya çempionuna uduzdu
15.11.2009 - 18:43
Yığmamız Asiya çempionuna uduzdu
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq. Yığmamız Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan beynəlxalq turnir çərçivəsində İraqla üz-üzə gələcək.

Asiya çempionları ilə Əl-Ayn şəhərindəki “Tahnoun Bin Mohammed” stadionunda baş tutacaq görüş Bakı vaxtlı ilə saat 16:45-də başlayacaq. Digər qarşılaşmada Çexiya yığması meydan sahibləri ilə münasibətlərini ayırd edəcək.

Qalib komandalar birinci, uduzanlar isə üçüncü yer uğrunda mübarizə aparacaqlar. Apasport.az saytının Əl-Ayn şəhərinə ezam olunan əməkdaşı yığmamızın İraqla görüşünü onlayn şəkildə yayımlayacaq. Bundan başqa, sadiq oxucularımız oyundan sonra baş məşqçi və futbolçuların fikirləri ilə də tanış ola biləcəklər.

İraq – Azərbaycan - 1:0
Əl-Ayn, “Tahnoun Bin Mohammed” stadionu

İraq: Məhəmməd Qased, Məhəmməd Əli Kərim, Salam Şaker, Bassam Abbas, Nassat Akram, Karar Jasem, Mehdi Kərim, Navar Mulla, Alaa Abd Alzahrah, Yunis Mahommad

Azərbaycan: Kamran Ağayev, Rail Məlikov, Vladimir Levin, Mahir Şükürov (k), Elnur Allahverdiyev, Rəşad Sadiqov, Aleksandr Çertoqanov, Daniel Axtyamov, Ruslan Abuşov, Vüqar Nadirov, Luis Fabio Ramim

10. Oyunda ilk künc zərbəsini qonaqlar yerinə yetirir.
15. Komandamız rəqibi əks hücumda yaxlayır. Ancaq sol cinahdan hücuma qoşulan Vuqar Nadirov topu itirir.
18. İraq futbolçuları cərimə zərbəsindən qapı qarşısına ötürmə edir. Top qapı xəttindən çıxır.
19. Meydanın mərkəzində iraqlılar Ramimə qarşı kobud oynadığından hakim cərimə zərbəsi təyin edir.
20.Yığmamız hesabı açmağa yaxın olur. Sağ cinahdan Mahir Şükürovun qapı qarşısına ötürmə edir. Danielin zərbəsini qapıçı zərərsizləşdirir.
23. Yığmamız cərimə zərbəsi yerinə yetirir. Ruslan Abuşovun zərbəsini qapıçı üçün təhlükəli olmur.
26. Qapımız qarşısında təhlükəli vəziyyət yaranır. Kamran asiyalı futbolçunun baş zərbəsini dəf edir.
Stadionda təxminən 500-dək azarkeş var. Onlardan təxminən 80-90 nəfəri milli komandamızı dəstəkləyir.
32. Hesab açıla bilərdi. Ramimin təxminən 35 metrdən vurduğu qüvvətli zərbə qapı tirinə dəydi.
40. Mahir Şükürov sağ cinahdan qapıçı meydançasına daxil olur. Qapıçı onun ayaqları altına yıxılaraq, topu tutur.
44. İraq yığması komandamızı cəzalandıra bilərdi. Ancaq son anda rəqib futbolçunun cərimə meydançası daxilində vurduğu zərbə qapının üstündən keçir.
Birinci hissənin son dəqiqəsində Elnur Allahverdiyev təxminən 30-33 metrdən qapıya zərbə vurur. Qapıçı topu qapının üstündən aşırır.

Birinci hissə başa çatdı.

İkinci hissə başladı
46. İkinci 45 dəqiqədə ilk təhlükəli vəziyyəti komandamız yaradır. Ramimin cərimə meydançası qarşısından vurduğu zərbə qapının üstündən keçdi.
48. İraq yığmasının hücumu təhlükəli alındı. Son anda müdafiəçilərimiz topu cərimə meydançasından uzaqlaşdırdılar.
49. Rəqibə qarşı kobud oynadığı üçün hakim Mahir Şükürovu sarı vərəqə ilə cəzalandırır.
İraq yığmasının heyətində dəyişiklik edilir. Mehdi Kərimin yerinə meydana Samir Saeed çıxır.
60. Yığmamızda ilk oyunçu dəyişikliyi. Levini Elvin Məmmədov əvəz etdi.
Rəqibin heyətində Havar Mullanı Muthana Xalid əvəz edir.
64. Komandamızın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunur.
Afərin Kamran. Qapıçımız ikinci hissədə meydana daxil olan Emad Məhəmmədin penalti zərbəsini dəf etdi.
74. Foqts növbəti dəyişikliyə əl atır. Ramimi Zeynal Zeynalov əvəzləyir.
78. Hakim daha bir futbolçumuza sarı vərəqə göstərir. Elvin Məmmədov rəqibi tutub saxladığı üçün cəzalandırılır.
82. İraq yığmasında ikinci hissədə mydana çıxan Samiri Mustafa Kərim əvəzlədi.
Vüqar Nadirovun əvəzinə Tural Cəlilov meydana çıxır.
87. İraq yığması hesabı açdı. Basım Abbasın zərbəsi qarşısında bu dəfə Kamran aciz qaldı.
Hakim oyuna 4 dəqiqə əlavə etdi.
0