Milli komandamız Çexiya yığması ilə görüşəcək
15.11.2009 - 23:20
Azərbaycan yığması Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan beynəlxalq turnirdə ikinci, sonuncu matçını Çexiyaya qarşı keçirəcək. Apasport.az saytının xəbərinə görə, turnirin favoriti sayılan çexiyalılar ilk görüşündə meydan sahiblərinə uduzub. Oyunun əsas vaxtında qapılara top vurulmayıb. Yarışın əsasnaməsinə görə, qalib oyunsonrası təyin edilən penaltilər seriyasında müəyyənləşib və bundan daha yaxşı istifadə edən ərəblər qələbə qazanıb. Meydan sahibləri turnirin qalibi adı uğrunda İraqla qarşılaşacaq. Milli komandamız isə Çexiya ilə üçüncü yer uğrunda üz-üzə gələcək. Bu matç noyabrın 18-də baş tutacaq.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0