Çexiya ilə görüşdə yığmamızın qapısını Fərhad Vəliyev qoruyacaq
16.11.2009 - 00:12
Çexiya ilə görüşdə yığmamızın qapısını Fərhad Vəliyev qoruyacaq
Noyabrın 18-də Birləşmiş ərəb Əmirliklərinin Əl-Ayn şəhərində Çexiyaya qarşı oyunda milli komandamızın qapısını Fərhad Vəliyev qoruyacaq. Bu barədə apasport.az saytının Əl-Ayn şəhərinə ezam olunmuş əməkdaşına Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts məlumat verib. Onun sözlərinə görə, hələ ilk oyundan öncə Kamran Ağayevin İraqla, Fərhad Vəliyevin isə növbəti oyunda meydana buraxmağı planlaşdırıb.
0