Futbolda yeni dünya çempionu
16.11.2009 - 09:46
Futbolda yeni dünya çempionu
17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Nigeriyada keçirilən yarış İsveçrə yığmasının qələbəsi ilə nəticələnib. Abuca şəhərində gerçəkləşən final qarşılaşmasında isveçrəlilər meydan sahiblərini sınağa çəkiblər. Matçın 6-cı dəqiqəsində Şeferoviçin vurduğu qol qızıl medalların taleyini həll edib. Bununla da, İsveçrənin U-17-si tarixində ilk dəfə planetin ən yaxşı komandası olub.

Qeyd edək ki, indiyədək Nigeriya (1985-ci, 1993-cü və 2007-ci illər) və Braziliya (1997-ci, 1999-cu və 2003-cü illər) hərəyə 3, Qana (1991-ci və 1995-ci illər) 2, SSRİ (1987-ci il), Səudiyyə Ərəbistanı (1989-cu il), Fransa (2001-ci il) və Meksika (2003-cü il) hərəyə 1 dəfə dünya çempionu olub.
0