Bakıdan getdi, Hondurasda qol vurdu
16.11.2009 - 10:03
Bakıdan getdi, Hondurasda qol vurdu
Azərbaycan çempionatında çıxış edən legionerlərdən üçü okeanın o tayında futbol oynamalı olub. Apasport.az saytının məlumatına görə, dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Honduras yığması hazırlıq məqsədilə Latviya ilə qüvvəsini sınayıb. “Xəzər-Lənkəran”ın hücumçusu Allan Lalinin həmyerliləri bu qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib. Çoxdandır yığmaya cəlb olunmayam mərkəzi amerikalıdan fərqli, Premyer Liqada oynayan latviyalılar bu görüşün iştirakçıları olublar.

“Simurq”lu Gennadi Solonitsin və “İnter”li Andrey Rubin start heyətində meydana çıxıb. Rubin 90, Gennadi isə 81 dəqiqə forma geyinib. “İnter”in digər üzvü Girts Karlson isə 60-cı dəqiqədə meydana girib. Latviyanın yeganə qolunu isə “bank təmsilçisi”nin sabiq futbolçusu Vladimir Kolesniçenko vurub. O, 45-ci dəqiqədə hesab 0:1 olarkən, penalti zərbəsi ilə tarazlığı bərpa edib.
0