Şahin Diniyev üçün məsləhətçi
16.11.2009 - 10:37
Şahin Diniyev üçün məsləhətçi
Tanınmış rusiyalı mütəxəssis Anatoli Baydaçnının Qroznı “Terek”inə baş məşqçi təyinatı baş tutmayıb. Apasport.az saytının məlumatına görə, Şahin Diniyevi baş məşqçi əvəzi saxlayan klub rəhbərliyi Baydaçnıya məsləhətçi vəzifəsini verib. Yəni, Belarus milli komandasının 57 yaşlı sabiq çalışdırıcısı ən azı cari mövsümün sonunadək Diniyev də daxil olduğu məşqçilər korpusuna məsləhətlərini verəcək. Baydaçnı “Terek”in uşaq-gənclər məktəbi və internatına da tövsiyələrini əsirgəməyəcək.

Bütün bunlar klubun vitse-prezidenti Haydar Alxanovla razılaşmaya əsasən nəzərdə tutulub. Təcrübəli mütəxəssis klubun gənc yetirmələrinə baxmaq istəyini bildirib. Həmin gənc futbolçular isə Diniyevin rəhbərliyi altında “Terek”in əvəzedici heyətində oynayır.

“Hələ ki, “Terek”lə müqavilə imzalamamışam. Mövsümün sonuna qədər şifahi razılıq əsasında işləyəcəyəm. Diniyevlə birgə məşq prosesini keçəcəyəm, heyətin müəyyənləşdirilməsində və qalan oyunlarda taktiki variantların seçimində iştirak edəcəyəm. Paralel olaraq, klubun infrastrukturu, uşaq futbol məktəbi və gənc komanda ilə tanış olmağa çalışacağam. Artıq bu gün bizdə yaxın vaxtlarda əsas komandaya fayda verə biləcək kifayət qədər futbolçular var”.

Alxanov isə təyinata belə münasibət bildirib: “Biz Baydaçnını hələlik məsləhətçi-məşqçi vəzifəsinə gətirmişik. O, cari mövsümün axırına qədər əsas komandada işlə yanaşı, kubun ehtiyat qüvvəsinin hazırlıq prosesi ilə tanış olacaq. Baydaçnı əsas heyətə hansı futbolçuların cəlb etməyin mümkünlüyə baxacaq. Bu, bizə gələn mövsümə planlarımızı müəyyənləşdirməyə kömək edəcək”. Vyaçeslav Qroznının istefa verməsindən sonra baş məşqçi məsələsini hələ açıq saxlayan “Terek” rəsmiləri bunu ilin sonlarında həll etməyi planlaşdırırlar.

Qeyd edək ki, beynəlxalq idman ustası olan Baydaçnının futbolçu kimi ən böyük uğuru 1972-ci ildə SSRİ yığmasının heyətində dünya çempionatında gümüş medal qazanmaqdır. Onun məşqçilik karyerası vətənində “Jemçujina”, “Çernomorets”, “Rostelmaş”, Belarus, Ukrayna, Moldova, Kipr, Küveyt klubları və Suriyanın gənclərdən ibarət milli komandası ilə bağlı olub.
0