Rəşad Sadıqov da geri göndərildi
16.11.2009 - 16:06
Rəşad Sadıqov da geri göndərildi
Rəşad Sadıqov yenidən Azərbaycan milli komandasının düşərgəsini tərk edib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, uzun müddətdir yığmadan kənarda qalan 27 yaşlı müdafiəçi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən beynəlxalq turnirdə yarışan yığmanın düşərgəsinə yollansa da, vaxtından əvvəl Vətənə dönməli olub.

Buna futbolçunun zədəsi səbəb olub. Qabaqcadan onun Əl-Əyn şəhərində fərdi məşq edəcəyi gözlənilsə də, bu mümkün olmayıb. Sadıqovu müayinə edən milli komandanın həkimləri onun Bakıya qayıtmasını məsləhət bilib və müdafiəçi bu gün Bakıya dönüb.
0