Azərbaycan yığması İraqın futbol tarixinə düşdü
16.11.2009 - 16:37
Azərbaycan yığması İraqın futbol tarixinə düşdü
Azərbaycan milli komandasını məğlub edən İraq yığması tarix yazıb. Apasport.az saytının məlumatına görə, Asiya çempionu 29 illik fasilədən sonra Avropa təmsilçisinə qalib gəlib. Sonuncu belə qələbə 1980-ci ilin fevralın 29-da əldə edilmişdi ki, həmin vaxt İraq Bağdadda Polşa yığmasını minimal hesabla üstələmişdi. Bundan sonra avropalılarla 7 dəfə görüşən iraqlılar bunun 3-də heç-heçə edib, 4-də isə uduzub.

Qəribədir ki, İraq yığması 2010-cu il dünya çempionatında oynamayacaq. Çünki seçmə mərhələdə həddən artıq uğursuz çıxış edən bu kollektiv Asiyada hətta 10 ən yaxşı milli komanda sırasına düşə bilməyib.

Xatırladaq ki, iraqlılar Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq turnir çərçivəsində noyabrın 15-də Azərbaycan yığmasını 89-cu dəqiqədə vurduqları yeganə qol sayəsində məğlub ediblər.
0