FİFA İraqı cəzalandıra bilər
16.11.2009 - 18:02
FİFA İraqı cəzalandıra bilər
Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan milli komandasına qalib gəlmiş İraq FİFA-nın cəzasına məruz qala bilər. Apasport.az saytının məlumatına görə, dünyanın ən ali futbol qurumu bu ölkənin yığmasını diskvalifikasiya edə bilər. Buna səbəb İraqın Milli Olimpiya Komitəsinin yerli futbol assosiasiyasını buraxmasıdır. Futbol məmurlarının fəaliyyətində maliyyə pozuntuları və seçkilərin yenidən təxirə salınması vəziyyəti qəlizləşdirib.

FİFA-nın qaydalarına görə, heç bir təşkilat futbol assosiasiyalarının işinə qarışmaq hüququna malik deyil. Belə addımlar ölkənin milli komandalarının beynəlxalq yarışlardan iştirakına qadağa qoyulmasına gətirin çıxara bilər. Ancaq İraqla bağlı hələlik sərt tədbir görülməyib.

Qeyd edək ki, İraq yığması Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən beynəlxalq turnirin finalına milli komandamızı 1:0 hesabı ilə yenməklə yüksəlib.
0