Futbolçu üçün qeyri-adi “toy” - VİDEO
16.11.2009 - 18:33
Futbolçu üçün qeyri-adi “toy” - VİDEO
Dünya çempionatının pley-off mərhələsinin Yunanıstanla səfər oyunundan qayıdan Ukrayna yığması qeyri-adi hadisə ilə üzləşiblər. Apasport.az saytının məlumatına görə, futbolçuları hava limanında iki gəlin gözləyirmiş. Ukrayna milli komandasının üzvləri zalda görünən kimi, gəlinlik paltarı geyinmiş bu xanımlar “işə” başlayıblar.

Qeydiyyat bölməsinin yanında dayanan “gəlinlər” müdafiəçi Yevgeni Xaçeridinin üstünə şığıyıblar və hərəsi futbolçunu bir qoluna girib. Özünü itirən Yevgeni çapalasa da, gəlinlərin əlindən çıxa bilməyib.

Sonradan məlum olub ki, bu, yerli telekanallardan birinin hazırladığı layihədir. Buna görə də “gəlinlər”in bütün hərəkətləri lentə alınıb. Gəlin rolunu ifa edən xanımlar isə müsabiqə yolu ilə seçiliblər.
0