Azərbaycan – Çexiya oyununun vaxtı dəyişdirilib
17.11.2009 - 10:50
Azərbaycan – Çexiya oyununun vaxtı dəyişdirilib
Azərbaycan milli komandasının oyununun vaxtı dəyişdirilib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində təşkil olunan turnirdə çıxış edən yığmamızın Çexiya ilə qarşılaşmasının başlama vaxtında dəyişiklik edilib. Noyabrın 18-də baş tutacaq görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 16:45-də deyil, saat 16:30-da başlayacaq. Bu dəyişikliyə matçın televiziya ilə yayımlanması səbəb olub.

Qeyd edək ki, Azərbaycan və Çexiya yığmaları III yer uğrunda matçda görüşəcək.
0